IRELI Public Union
LanguagesEnAz

IRELI

Meksikada Dünya Gənclər Konfransı fəaliyyətə başladı
24 august 2010
22-27 avqust, 2010 tarixləri arasında Meksikanın Leon şəhərində Dünya Gənclərinin 6-cı beynəlxalq konfransı start götürmüşdür. Konfransda dünyanın 80 ölkəsindən 600-dən artıq gənclər siyasətini həyata keçirən dövlər rəsmiləri, QHT nümayəndələri, fəal gənclər iştirak edir. 4 gün davam edəcək tədbirdə 3 əsas forum (dövlət rəsmilərinin forumu, sosial forum və qanunverici forum ) ərzində iki istiqamət - Minilliyin inkişaf məqsədləri və BMT tərəfindən prioritet müəyyən edilmiş 12 sahə üzrə müzakirələr aparılacaqdır. Müzakirələrin nəticəsi olaraq tədbirin yekununda bəyannamə qəbul ediləcəkdir. Bəyannəmə özündə 2015-ci il üçün gənclərin inkişafı ilə bağlı əsas məsələləri əks etdirəcəkdir.
 
Təbdirdə Azərbaycan heyəti də iştirak edir. Azərbaycan nümayəndə heytəti  Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev və digərlərinin timsalında  təmsil olunur
 
Tədbir BMT İnsan Fondunun (UNFPA) dəstəyi ilə keçirilir.
 
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib