IRELI Public Union
LanguagesEnAz

IRELI

Tanınmış teleaaparıcı Murad Dadaşov Media Akademiyada
2 september 2010
Media Akademiyanin növbəti qonağı “M Group Production”un rəhbəri , tanınmış teleaaparıcı, tok şou formatlı verilişlərin müəllifi Murad Dadaşov oldu. M.Dadaşov təlim  zamanı  tələbələrə televiziya aparıcılığından və prodakşn fəaliyyətindən bəhs etdi. Həmçinin Media Akademiya tələbələrinə çəkilişləri hələ başlamayan serialından da danışan teleaparıcı teleməkanda mövcud olan uğurlu və uğursuz verilişlərdən, aparıcılardan söhbət açmağı da unutmadı. Öz serialından bəhs edən Murad Dadaşov ssenarinin hazır olduğunu , çəkilişlərə yaxın zamanda başlayacaqlarını bildirdi. Media Akademiya tələbələrinin televerilişlərlə bağlı ünvanladıqları sualları cavablandıran M.Dadaşov əsas etibarı ilə bu sahəyə gələcək jurnalistlərin obyektiv olmalı olduqlarını bildirdi.
 
Akademiyanın digər qonağı Vüsal Quliyev tələbələrə “KİV-in seçkilər zamanı fəaliyyəti ” mövzusunda təlim keçdi. Əvvəlcə jurnalistlərin hüquq və azadlıqları barədə danışan mütəxəssis daha sonra ölkəmizdə keçirilən seçkilər, Azərbaycan Respublikasında hakimiyyət bölgüsü,Konstitusiyada prezident və parlament seçkiləri ilə bağlı maddələr, KİV-in 4cü hakimiyyət kimi daşıdığı vəzifələrdən söhbət açdı. Tələbələrlə diskussiya şəraitində keçən təlimdə Vüsal Quliyev həmçinin onları maraqlandıran suallara da cavab verdi.
 
 
__________________________


Həmçinin baxın:

“Media Akademiya” - FOTO

Tanınmış teleaaparıcı Murad Dadaşov Media Akademiyada - Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib