IRELI Public Union
LanguagesEnAz

IRELI

“Bir Dünya Min Millət” Göyçay – Azərbaycan, 01-08 Noyabr 2010
2 september 2010
Yurdumuzun təbii sərvətləri içərsində nar özünəməxsus yer tutur. Azərbaycan yeganə ölkədir ki, burada narın bütün növləri bitir. Azərbaycanın Göyçay şəhərinin şan-şöhrəti isə tarixən narçılıqla bağlı olub.Təəssüf hissi ilə bildirmək istərdik ki, erməni millətçiləri nə qədər absurd olsa da, narın "Ermənistanın simvolu" olduğunu iddia edirlər. Odur ki, narın Azərbaycanda qədim ənənələrinin olduğunu və əslində bəşəri bir sərvət olduğunu təbliğ etməyi özümüzə borc bilirik. Hər il avropa və amerikanın müxtəlif ölkələrində müxtəlif meyvə və tərəvəz festivalları qeyd olunur. Lakin Nar meyvəsi qədər dəyərli bir meyvənin yerli səviyyədə qeyd olunması, başqa ölkələr tərəfindən az tanınması, adət-ənənlərimizin zəngin olduğu halda müasir informasiya dünyasında digər ölkə vətəndaşlarına xüsusilə gənclərə çatdırılmır. Bu məqsədlə “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi Türkiyə Respublikasında fəaliyyət göstərən Sivil Toplum Dəstəkləmə Dərnəyi ilə əməkdaşlıq çərçivəsində 2010-cu il Noyabr ayında keçiriləcək Nar Bayramını Beynəlxalq səviyyədə qeyd etməyi planlaşdırır. Bunun üçün hər iki təşkilatın sədrləri 26.04.2010-cu ildə Ərzurum şəhərində qarşılıqlı memorandum imzalamışdır.                                                                                                                                               Layihə Azərbaycan, Rusiya, Gürcüstan, Rumıniya, İtaliya, Ukrayna və Türkiyədən 7 gənclər təşkilatının və 50 nəfər gəncin iştirakıyla həyata keçiriləcəkdir. “Könüllülük” və “Gələcək üçün gənclik” mövzularında reallaşacaq olan layihəmiz 7 gün müddətində həyata keçiriləcəkdir. Layihə müddətində bütün iştirakçı ölkələrdən olan gənclər və Göyçay gəncliyi tolerantlıq, qardaşlıq və könüllülük mövzusu ətrafında bir araya gələcəklərdir. Layihə Avropa Birliyi Gənclik Programı və Türkiyə Cumhuriyəti Başbakanlıq Dövlət Planlama Təşkilatı, Avropa Birliyi Təhsil və Gənclik Programları Mərkəzi Başqanlığı tərəfındən dəstəklənməkdədir.
“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilən və NARın simvolikasına işarə edən “Bir dünya – min millət” layihəsinə dəstək verən qurumlar arasında İrəli İctimai Birliyi, Göyçay rayon İcra Hakimiyyəti, Göyçay Olimpiya İdman kompleksi, “AZNAR” QSC, “Göyçay-Süd” Açıq Səhmdar cəmiyyəti vardır.
Layihə haqqında prezentasiya və ətraflı məlumat 6 sentyabr 2010 cu ildə Göyçay şəhər Heydər Əliyev Mərkəzində təqdim ediləcəkdir.
 
__________________________


Həmçinin baxın:

“Bir Dünya Min Millət” Göyçay – Azərbaycan, 01-08 Noyabr 2010 - Mediada

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib