Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Bununla əlaqədar olaraq “İRƏLİ” İctimai Birliyi, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti və “Gəncliyə Yardım Fondu” birgə olaraq “Gəlin birlikdə öyrənək” adlı maarifləndirici layihə keçirmişdir.
Layihə çərçivəsində “İRƏLİ” İctimai Birliyinin Səbail rayon təşkilatının təşəbbüsü ilə aztəminatlı ailələrdən olan uşaqlara ingilis dili və kompüter bilgiləri sahəsində müxtəlif kurslar və təlimlər keçirilmişdir. Təlimləri “İRƏLİ” İctimai Birliyinin Səbail rayon təşkilatının üzvləri və digər rayon təşkilatlarının könüllüləri həyata keçirmişlər.
Layihənin növbəti mərhələsinin bağlanış mərasimi 20 İyul 2009-cu il, saat 11:00-da “Gəncliyə Yardım Fondu”nda keçirilmişdir. Mərasimdə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, “Gəncliyə Yardım Fondu”nun vitse - prezidenti Salman Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramova iştirak etmişlər. Tədbirdə təlimlərdə iştirak etmiş uşaqlar sertifikatlarla təmin olunmuş, onlara ingilis dili və kompüter bilgilərinə əsaslanmış kitablar və disklər hədiyyə olunmuşdur.
“İRƏLİ” İctimai Birliyi “Gəlin birlikdə öyrənək” adlı maarifləndirici layihə keçirmişdir - Mediada




