Lənkəranda “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi”
11 august 2009
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 10-17 Avqust 2009-cu il tarixində Lənkəran rayonunda yerləşən “Palıdlı sahil” istirahət mərkəzində “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi” adlı layihə həyata keçirilmişdir.
Türkiyədən 20 və Azərbaycandan 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər gənc liderin iştirak edəcəyi düşərgə iştirakçıların sayına və proqramın zənginliyinə görə Azərbaycanda keçirilən ən maraqlı düşərgələrdən hesab etmək olar.
Layihə çərçivəsində 40 nəfər gənc lider üçün komanda işinin təşkili məşğələləri, praktik və kreativ oyunlar, interaktiv seminarlar, mədəniyyətlərarası dialoq mövzusunda mühazirə, layihə ideyaları üzərində işlər, Azərbaycan və Türkiyə arasında münasibətlər mövzusunda debatlar, hər iki ölkənin mədəniyyət gecələri və digər mövzularda müzakirələr keçirilmişdir.
Bununla yanaşı gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunmuşdır.
Düşərgənin açılış mərasimi 11 Avqust 2009-cu il tarixində saat 11:00-da Lənkəran Rayonu İcra Hakimiyyətinin konfrans zalında keçirilmişdir. Mərasimdə Lənkəran Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı, Türkiyənin Karabük şəhərinin Gənclik və İdman müdiri Ayhan Çağ, tədbir iştirakçıları və digər qonaqlar iştirak etmişlər.
__________________________
Həmçinin baxın:
Lənkəranda “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi” keçirilmişdir - Mediada
Lənkəranda “Türkiyə və Azərbaycan gənclərinin dostluq düşərgəsi” keçirilmişdir - Foto




