Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi
26 august 2009
Azərbaycanda ilk dəfə “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi keçirilmişdir. Düşərgədə qeyd olunan istiqamətdə xüsusi istedada malik olan 40 fəal gənc iştirak etmişdirdir.
Düşərgə 26-29 Avqust 2009-cu il tarixində Oğuz rayonunda yerləşən AFRA oteldə baş tutmuşdur.
Düşərgənin məqsədi sənət yönümlü kreativ gənclərə peşəkar təlimçilər tərəfindən təlimlərin keçirilməsi, gəncləri maraqlandıran layihələrin müəyyən olunaraq onların dəstəklənməsi üçün mexanizmlərin araşdırılması, kreativ gənclərin şəbəkəsinin yaradılması yolu ilə gələcəkdə sənət yönümlü layihələrin sayının artırılması, inkişaf edən Azərbaycanda sənət yönümlü kreativ gənclərin kreativ baxışları ilə yeni layihələrin reallaşması və s. olmuşdur.
Layihə bu yay ərzində “İRƏLİ” İctimai Birliyi tərəfindən reallaşdırılan sayca 26-cı düşərgə olmuşdur.
__________________________
Həmçinin baxın:
Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi
Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi Foto
Azərbaycanda 1-ci Foto və Sənət düşərgəsi - Klip




