IRELI Public Union
LanguagesEnAz

IRELI

“Milli diskussiyalar” layihəsi çərçivəsində “ABŞ: Yaxın tərəfdaş, strateji müttəfiq və ya sadəcə super güc ?” mövzusunda payız debatları
2 october 2009
2 Oktyabr 2009-cu il tarixində“İRƏLİ” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “ABŞ: Yaxın tərəfdaş, strateji müttəfiq və ya sadəcə super güc ?” mövzusunda Payız Debatları baş tutmuşdur. Debatda qonaq qismində ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsləhətçisi Coanna Qanson, ABŞ Respublikaçılar İnstitutunun Azərbaycandakı ofisinin rəhbəri Ceyk Cons, politoloq Rasim Musabəyov, millət vəkili Asim Mollazadə, Azərbaycan Diplomatiya Akademiyasının departament rəhbəri Fariz İsmayılzadə və “İRƏLİ” üzvü olan 70 fəal gənc iştirak etmişdir. Tədbiri giriş sözü ilə “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlı açmışdır. Daha sonra isə birliyin idarə heyətinin üzvü Afaq Zeynalova sözü qonaqlara və gənclərə vermişdir.
 
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib