“Nə? Harada? Nə zaman?” İntellektual layihəsi
12 october 2009
Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq “İrəli” İctimai Birliyi və “Xəzər İntellektual Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Azərbaycanın bütün bölgələrində, o cümlədən ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə “Nə? Harada? Nə zaman?” İntellektual Layihəsinə start verir.
1 Oktyabr – 1 dekabr 2009-cu il tarixlərində qeyd olunan layihə çərçivəsində Bakı şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Payız Kuboku” turniri keçiriləcəkdir. Turnirin məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, elmi biliklərini genişləndirmək, komanda işini təbliğ etməkdir.
Turnirin seçim turu 24 Oktyabr 2009-cu il, iştirakçılar üçün son qeydiyyat tarixi isə 21 Oktyabr 2009-cu il olaraq müəyyənləşdirilmişdir. Yarışlarda iştirak etmək istəyən gənclər təhsil aldıqları ali təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatlarına müraciət edə bilərlər.
__________________________
Həmçinin baxın:
“İRƏLİ” İctimai Birliyi “Nə? Harada? Nə zaman?” İntellektual layihəsinə start verir - Mediada
“Nə? Harada? Nə zaman?” intellektual turnirinin qalibləri məlum oldu
![]() |





