IRELI Public Union
LanguagesEnAz

IRELI

“Səsin eşidilsin” - Milli Debat layihəsi 2009-2010
4 december 2009

Bildiyiniz kimi,“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyi Azərbaycanda debat proqramının Gənclər arasında birgə inkişaf etdirilməsi haqqında razılaşmış, bu sahədəki fəaliyyətlərini və imkanlarını birləşdirərək 5 illik əməkdaşlığa start vermişdir. Layihə çərçivəsində çoxsayda təlimçilər hazırlanmış, 31 ali məktəblə əməkdaşlıq haqqında razılıq əldə edilmiş və onların böyük əksəriyyətində debat təlimləri təşkil olunmuşdur. Əməkdaşlıq çərçivəsində keçirilən ilk təlimlərin mövzusu “Dövlətin İnkişafı İnsan Kapitalı Siyasətindən Asılıdır” olmuşdur.

Birliklər arasında əməkdaşlığın davamı kimi “İRƏLİ” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılğı ilə “Səsin eşidilsin” adlı layihəyə start verilmişdir. Noyabr ayının əvvəlində start götürən layihədə 700-ə qədər gəncin iştirakı planlaşdırılmışdır. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələri əhatə olunmuşdur. Layihə maarifləndirici xarakter daşıyır. Layihə çərçivəsində gənclər arasında  Qış Debat Turnirinin də keçirilməsi nəzərdə tutulmuşdur. 31 ali təhsil müəssisəsində keçirilən layihədə gənclərə “Karl Popper” Debat formatı və natiqlik kursları üzrə təlimlər keçirilir. Təlimlərin nəticəsi olaraq, 5–6 Dekabr 2009-cu il tarixində isə “Azərbaycan Respublikasında Bələdiyyələr gənclərin inkişafına yeni imkanlar yarada bilər” mövzusunda X Universitetlərarası Karl Popper Debat formatı üzrə Natiqlik turniri keçiriləcəkdir. Qeyd edək ki, “Səsin eşidilsin” layihəsi 2010-cu ildən Azərbaycanın 12 bölgəsində fəaliyyət göstərən təhsil ocaqlarını əhatə edərək, may ayında keçiriləcək I Milli Universitet Debat Forumunda təhsil ocaqlarının tələbələrinin iştirakını təmin edəcək. X Universitetlərarası Karl Popper Debat formatı üzrə Natiqlik turniri və I Milli Universitet Debat Forumunun mükafatçıları və məşqçiləri yayda keçirilməsi planlaşdırılan Yay Debat Məktəbində iştirak edəcəklər.
 
__________________________

 

Həmçinin baxın:

“Səsin eşidilsin” - Milli Debat layihəsi - Mediada

Səsin Eşidilsin” Milli Debat Layihəsi çərçivəsində keçirilən X Universitet Karl Popper Debat formatı üzrə Natiqlik Turnirinin Bağlanış Mərasimi keçirilmişdir

Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib