"İRƏLİ" İctimai Birliyinin Tədqiqatlar Mərkəzi
28 january 2010
"İRƏLİ" İctimai Birliyinin Tədqiqatlar Mərkəzi (“İRƏLİ Tədqiqatlar Mərkəzi”) artıq öz işinə rəsmi olaraq start vermişdir.
Mərkəzin yaradılmasında məqsəd gənclərin tədqiqatlar, təhlillər həyata keçirmə bacarığını inkişaf etdirmək, keçirilən tədbirlərlə, aparılan təhlillər və analitik yazılarla istər ölkə daxilində istərsə də xaricdə Azərbaycanın mənafeini müdafiə etməkdir.
Mərkəzdə 2 istiqamətdə, humanitar və dəqiq elmlər sahəsində tədqiqatlar aparılacaqdır. Elmə marağı olan gənclər, özünü bu sahədə sınamaq istəyən gənclər yuxarıda qeyd olunan istiqamətlər üzrə Mərkəzə üzv ola bilər, öz təklif və layihələrini təqdim edə bilərlər.
İlkin mərhələ, gənclərin Mərkəzin tədqiqat istiqamətlərinə uyğunlaşması, özləri üçün maraqlı sahənin, problemin daha maraqlı olmasını və tədqiqatlar aparmaq sahəsində bacarıqlarının müəyyənləşdirilməsi mərhələsidir. Bu mərhələdə gənclərin ekspertlərlə görüşləri, dəyirmi masalar və müxtəlif problemlərlə bağlı diskussiyaları təşkil olunacaqdır. Bu da öz növbəsində gənclərin tədqiqatlar aparmaq sahəsində bilik və bacarıqlarını üzə çıxarılmasına imkan yaradacaqdır.
Növbəti mərhələisə artıq gənclər tərəfindən Mərkəzin araşdırma profillərinə uyğun əsərlərin, təhlillərin, uzun müddətli və qısa müddətli elmi layihələrin ortaya qoyulması mərhələsidir.
Mərkəzə üzv olmaq istəyən, əməkdaşlıq etmək istəyən gənclər öz CV-lərinin tedqiqatlar@ireli.az ünvanına göndərə bilərlər.
Əlavə məlumat almaq üçün Afaq Zeynalova (050 385 29 19) və Aygün Əsgərzadə (050 365 18 58) ilə əlaqə saxlaya bilərlər.




