IRELI Public Union
LanguagesEnAz

IRELI

"İRƏLİ" İctimai Birliyinin Hüquq Mərkəzi
10 january 2010
“İRƏLİ”  İctimai Birliyi tərəfindən həyata keçirilən daha bir geniş miqyaslı layihə məhz hüquqşünaslarla bağlıdır. Belə ki, 2009-cu ilin noyabr ayının əvvəllərində fəaliyyətə başlayan İrəli İctimai Birliyinin Hüquq Mərkəzi 100-dən artıq gənc hüquqşünasın təşəbbüsü ilə yaradılmışdır.
 
Mərkəzin yaradılmasında məqsəd: Hüquqşünas kadrların ümumrespublika və beynəlxalq səviyyədə inkişafını təmin etməklə müxtəlif hüquq sahələri üzrə tədqiqatlar aparma, hüquqi maarifləndirmə, hüquqi xidmətlərin göstərilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının realizəsi və müdafiəsi istiqamətində işlərin görülməsi, hüquqşünasların beynəlxalq təşkilat və qurumlarla fəal əməkdaşlığını və dünyaya inteqrasiyasını sürətləndirmək, Azərbaycan Respublikasının gələcək inkişafı naminə hüquqşünas kadrların təkmilləşdirilməsi, müasir beynəlxalq standartlara cavab verən hüquqşünasların hazırlanmasıdır.                 
 
İrəli Hüquq Mərkəzində hüquq sahəsi üzrə Azərbaycanda yeganə tələbələr və gənc hüquqşünaslar üçün nəzərdə tutulmuş hüquq kitabxanası yaradılmış, 3300-dən artıq azərbaycan, rus, türk, ingilis dilli hüquq ədəbiyyatı fonda daxil edilmişdir. Həmçinin, oxuculara hüquq sahəsi üzrə müxtəlif ölkələrdə nəşr olunmuş ədəbiyyatların əldə edilməsində də yardım edilməkdədir. Qeyd edilənlərlə yanaşı Mərkəzdə elektron kitabxana da yaradılmış, istənilən qanunvericilik aktının əldə edilməsi asanlaşdırılmış, o cümlədən dünyanın ən qabaqcıl elektron kitabxanalarına daxil olmaq üçün sistemli kataloqlar hazırlanmışdır.
 
Mərkəz hüquqşünasların təşəbbüsü ilə müxtəlif istiqamətli layihələr üzrə hazırlıq işləri aparmaqla fəaliyyətini daha da genişləndirməkdədir. Nəzərinizə çatdırmaq istərdik ki, İrəli İctimai Birliyinin Hüquq Mərkəzinin resurslarından istifadə tamamilə pulsuzdur.
 
 
Ünvan: İçərişəhər, Kiçik-qala 128/3
E-mail: law_center@ireli.az
Tel:  (012) 492-37-21
Announcements
JOIN IRELI

Photo of the day
Photo of the day
OTHER PHOTOS
IRELI NetworkRemember
Netty 2011 Qalib