İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

Aparıcılar

Sahil Nağızadə

1992  - ci il avqustun 7-də Şirvan şəhərində anadan olub. 2010-cu ildə Dövlət İqtisadiyyat və Humanitar kollecinin Mühasibat uçotu və audit fakültəsini bitirib. 2009-cu ildən Şirvan Gənc Könüllülər Klubunun həmtəsisçisidir. Hal - hazırda İRadioda texniki işlər üzrə direktor vəzifəsində çalışır. Daim yenilənən bloqu ilə artıq xeylı aktiv oxucu qazanmağa nail olub. Hər həftənin çərşənbə günü efirə gedən “Selector” verilişinin aparıcısıdır.Şən və hazırcavabdır, həyatını yumorsuz təsəvvür etmir.
 

Samirə Həsənova 

1991-ci il 23 iyul tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Bakı Dövlət Universitetinin Kimya fakultəsində təhsil alır. Hər həftənin şənbə günü efirə gedən " Buta" verilişinin aparıcısıdır. Boş vaxtlarında bədii kitablar oxumağı və rəqs etməyi çox sevir.

 

 

Dünya Fərzəliyeva

 

1993-cu il yanvarin 18-də Bakı şəhərində anadan olub. Incəsənət Gimnaziyasini bitirib,hazırda Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir. İRadionun efirində yayimlanan “Dünya Səyahəti” verilişinin aparıcısıdır.

 

    

Elnarə Kərimova 

1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Bədii əsərlər və xüsusi ilə də psixoloji, fəlsəfi kitablar oxumağı çox sevir. Azərbaycan televiziya məkanında məşhur aparıcılar sırasında olmaq istəyir. Hazıra İradionun efirində “Disput” verilişinin aparıcısıdır.

 

 

Niyaz Əliyev

1991-ci il 9 avqust tarixində Bakı şəhərində anadan olub.Binəqədi rayonunda yerləşən 83 saylı məktəb liseyinin məzunudur.Hazırda Milli Aviasiya Akademiyasında təhsil alır.İRadionun ilk beynəlxalq layihəsi olan və “British Council” tərəfindən hazırlanan “Selector” verilişinin aparıcısıdır.Yeni təlimlərdə iştirak etməyə və yeni biliklər qazanmağa can atır. Gələcəyini media ilə bağlamaq istərdi.

 

Əliyeva Leyla

1989-cu il  aprelin 15-də Baki şəhərində anadan olub.160 N-li məktəbin məzunudur.2011-ci ildə Azərbaycan Dövlət  Rəssamlıq Akademiyasının,memarlıq və dizayn fakultəsini  bitirib. Hər həftənin çərşənbə günü efirə gedən “Şərq Mirvarisi” verilişinin aparıcısı və həmçinin eyni adli  layihənin  koordinatorudur.

 

 

Leyla Şərifova 

1987 - ci il 28 noyabrda Bakı şəhərində anadan olub.2010-cu ildə Qərb Universitetinin Qərb dilləri fakultəsinin məzunu olub.2006-cı ildən İngilis və fransız dillərini  tədris edir. İrəli İctimai Birliyində fəaliyyət göstərən “Xarici Dillər Mərkəzinin” sədridir.Səbail bələdiyyəsindəki “Gənclər, İdman, Turizm və Mədəniyyət” komissiyasının sədri vəzifəsində çalışır. Onu bu qədər gənc olmasına baxmayaraq, demək olar ki, hamı Leyla müəllimə çağırır.

 

Səidə Qarayeva

20 avqust 1990-cı ildə Bakı şəhərində anadan olub.Orta məktəbi 2008-ci ildə bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Xan Şuşinski adına musiqi məktəbini piano ixtisası üzrə bitirib.Hər həftənin çərşənbə günü efirə gedən “Şərq Mirvarisi” verilişinin aparıcısıdır.



 

Mirzəzadə Leyla 

1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünasliq fakultəsində təhsil alıb və bu təhsil müəssəsini qırmızı diplomla bitirib. Bir müddət televiziyada veriliş aparıb. Musiqini çox sevir. Hal hazırda İRadio-da “Top 10” verilişinin aparıcısıdır.

 

 

Anar Süleymanov

1990 – ci il yanvarın 7-də Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2008- ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakultəsində təhsil alır. Yaponiya Mədəniyyəti ilə maraqlanır və Yapon dilini öyrənir.Hal-hazırda IRadio-da  “Nipponiya” verilişinin aparıcısıdır 1996- ci ildən Kyokushin Karate ilə professional şəkildə məşğul olur. Bugün artıq o xeyli tanınmış “LAbiRint” rep qrupunun üzvüdür. 

 

 

printerçap versiyası

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib