İRƏLİ İctimai Birliyi
Dil seçimiEnAz

Verilişlər

Bazar ertəsi

13:00 Relax
15:00 Virtual Teacher

Relax 

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, qoyulan  mövzular ətrafında  fikir  mübadiləsi və  dəvət olunan qonaqlarla  gənclərin virtual görüşünü həyata keçirmək verilişin əsas prioritetidir. Verilişə dəvət olunan qonaqlar asudə vaxtlarını, istirahətlərini necə keçirdikləri haqda bu verilişdə məlumat verirlər.

Aparıcı: Nərmin Kazımova

Virtual Teacher

Bu veriliş ingilis dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Verilişdə virtual dərslər keçirilir. 30 dəqiqə ərzində ingilis dili biliklərinizi də daha da zəngiləşdirə bilərsiniz. Veriliş dərslər üzərində qurulub.

Aparıcı: Leyla Şərifova

Çərşənbə axşamı

10:30 Şirin çay

Şirin çay

Bu veriliş vasitəsi ilə dinləyicilərə xoş ovqat bəxş etmək, qoyulmuş mövzu ətrafında dinləyicilərin fikirini öyrənməkdir. Şirin çay verilişində siz  mövzu ilə birgə verilmiş sualı düzgün cavablandıraraq bizdən hədiyyə qazana bilərsiniz.Həmçinin həftənin cümə günü respublikada tanınmış şəxslər qonaq qismində dəvət olunur.

Çərşənbə

14:30 Şərq Mirvarisi
16:00 Selector

Şərq Mirvarisi

“Şərq Mirvarisi” adlanan layihənin məqsədi Azərbaycan gənclərinə memarlıq haqqında dolğun və geniş məlumat vermək, onlarda bu sahəyə maraq oyatmaqdır.Hər veriliş müəyyən bir memarlıq abidəsinə həsr olunur və lazım gələrsə bu abidə haqqında geniş məlumat vermək üçün ekspert dəvət edilir.Veriliş aktiv diskussiya şəklində keçir.

Aparıcılar: Leyla Əliyeva və Saida Qarayeva

Selector

“British Council” tərəfindən hazırlanan “Selector” verilişi İRadio-nun ilk beynəlxalq layihəsidir. Bu veriliş zamanı İRadionun efirində yalnız Britaniya musiqisi səslənir. Bundan başqa musiqilər haqqında dinləyicilərə ətraflı məlumat verilir.  “Selector” verilişi hazırda dünyanın 30-a yaxın ölkəsində yayımlanır. Təqribən 30 milyon dinləyicisi olan bu iki saatlıq proqram Birləşmiş Krallığın ən uğurlu musiqi layihələrindən hesab olunur.

Aparıcılar: Sahil Nağızadə və Niyaz Əliyev

Cümə axşamı

16:30 NİPPONİA

NIPPONIA

Bu veriliş  daima öz iqtisadi tərəqqisi və özünəməxsus şərq mədəniyyəti ilə tanınan Yaponiyanı-gündoğar ölkəni sizə fərqli yöndən,yaponların öz baxış bucaqlarından təqdim edir.Hər verilişdə Yapon adət ənənələrinə bələd olan ekspert dəvət olunur dinləyiciləri maraqlandıran suallara cavab verir.

Aparıcı: Anar Musaşi

Cümə

10:30 Şirin çay
17:00 Disput

Şirin çay

Bu veriliş vasitəsi ilə dinləyicilərə xoş ovqat bəxş etmək, qoyulmuş mövzu ətrafında dinləyicilərin fikirini öyrənməkdir. Şirin çay verilişində siz  mövzu ilə birgə verilmiş sualı düzgün cavablandıraraq bizdən hədiyyə qazana bilərsiniz.Həmçinin həftənin cümə günü respublikada tanınmış şəxslər qonaq qismində dəvət olunur.

Disput

Disput verilişi psixoloji verilişdir. Hər həftə verilişdə qonaq olan psixoloq dinləyicilərə dəyərli məsləhətlər verir. Həmçinin verilişə mövzu ilə bağlı bir şəxs müraciət edir və canlı efir zamanı öz problemi haqda dinləyicilərə məlumat verir. Psixoloq isə həmin şəxsə məsləhətlərini verir, onun vəziyyətdən çıxmasına, probleminin aradan qaldırılmasına yardım edir. Bundan başqa dinləyicilər də verilişə müraciət edib, qonaq qismində iştirak edə bilər.

Aparıcı: Elnarə Kərimova, Əfsanə Rüstəmova 

Şənbə

14:00 Buta
15:00 TOP 10
16:00 Həmsöhbət
17:00 Dünya Səyahəti

Buta

Bu verilişin yaradılmasında məqsəd Azərbaycan İncəsənət xadimlərinin və mədəniyyətinin dünyada, gənclər arasında təbliğindən ibarətdir. Hər həftə Azərbaycan mədəniyyətinin və incəsənətinin tanınmış simalarının həyatı haqqında veriliş də mövzu qoyulur, incəsənət xadimi haqqında onun davamçısı haqqında dinləyicilərə məlumat verilir. 

Aparıcı: Samirə Həsənova

“Top-10”

Bu verilişdə müəyyən bir mövzu qoyulur,Azərbaycan estradasının tanınmış nümayəndəsi mövzuya fikirini bildirir və foruma gələn sualları cavablandırır.Həftə ərzində daha çox dinlənilən yerli və əcnəvi musiqilərin top-10luğu  səslənir.

Aparıcı: Leyla Mirzəzadə

Həmsöhbət

Bu veriliş hər həftə Azərbaycanda müxtəlif sahələrdə məşhurluq qazanmış bir şəxsə həsr edilir.Həmin şəxslə yarım saatlıq veriliş ərzində maraqlı söhbət olunur.

Aparıcı: Sitarə Quliyeva

printerçap versiyası

Elanlar
İRƏLİ-YƏ ÜZV OL

Günün fotosu
Günün şəkli
DİGƏR FOTOLAR
İRƏLİ NetworkUnutmuruq
Netty 2011 Qalib